Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:30

«Sonun başlanğıcı»


Mahal İsmayıloğlu: «Uzun illər iqtidar düşərgəsində çalışmışam, son 20 ildə müxalifəti də yaxından izləmişəm»

Mahal İsmayıloğlu: «Uzun illər iqtidar düşərgəsində çalışmışam, son 20 ildə müxalifəti də yaxından izləmişəm»

«Yeni Müsavat»da Mahal İsmayıloğlunun köşə yazısı dərc olunub: «Uzun illər iqtidar düşərgəsində çalışmışam, son 20 ildə müxalifəti də yaxından izləmişəm. Bir prezident, iki parlament seçkisinin və bir referendum keçirilməsinin iqtidar düşərgəsində iştirakçısı olmuşam. Elə ondan sonra keçirilən müxtəlif seçkilər də bələd olduğum oxşar ssenari ilə həyata keçirilib.

İqtidar düşərgəsində olanda müxalifətə yönələn planların primitivliyi məni heyrətdə qoyurdu. Əslində intellektual potensialı zəif olan iqtidar düşərgəsi bundan artığına da qadir deyildi. Bu planların icrası inzibati resurslara hesablandığından primitivlik onu icra etmək yönündəki çətinlikləri xeyli asanlaşdırırdı. İlk baxışdan adama elə gəlirdi ki, müxalifət bu cür dayaz düşüncənin girovuna çevrilməyəcək. Ancaq mizanlar dəyişmir, hər dəfə nəticə iqtidarın istədiyi kimi olurdu».

Konstitusiya dəyişikliyi ilə bağlı referenduma gəlincə Mahal İsmayıloğlu yazır: «Toplum onun mövcudluğu üzərindən xətt çəkən növbəti faciəyə səs verməyəcək! Bunun alternativi də yoxdur. Hər şey iqtidarın istəyinə uyğun olmayan bir axarda gedir. Əslində referendum yalnız gözlənilənlərdən sığortalanmaq cəhdidir».

«Bizim Yol»
: «Konstitusiya hər bir ölkənin əsas qanunu sayılır və hətta beynəlxalq müqavilələrdən də üstün hüquqi qüvvəyə malik aktdır. Bu mənada cari qanunvericilik və dövlətlərarası sazişlər, müqavilələr Konstitusiyaya uyğun olmalıdır. Dəyişikliklərə gəlincə, bu haqda birmənalı danışmaq mümkün deyil»-, bunu Müstəqil Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli bildirib.

«Azadlıq»
: «Qaçanı evinə kimi qovarlar. Bu, atalardan qalma məsəldir. Bəli qaçır, Azərbaycan xalqı qaçır bu hakimiyyətin qabağından. Məhz onu ürəkləndirən də budur - heç kim cürət etməz. O diqqətlə, cəmiyyətə baxa-baxa addımlayır. Yaxşı görür ki, xalq nə qədər etinasızdır onun qəddarlığında»-, bunu köşə yazısında Nabatəli Qulamoğlu yazır.

«Soruşa bilərlər, heç olubmu ki, rejim atacağı addımlardan çəkinsin? Olub, özü də dəfələrlə, hiss edəndə ki, müqavimətlə üzləşəcək. Yadınızdadırmı 2005-ci ilin may ayı? İlham Əliyev məcbur etdi ki, şəhər meri sərbəst toplaşmaq haqqında qərarına yenidən baxsın, çünki qonşu ölkələrdə narıncı əhval vardı, qərb isə bizim demokratik hərəkata dəstək verirdi...»
«Yeni Azərbaycan»: «Kimin necə alim və ya elmi işlərinin dəyərini bilmək istəyirsinizsə, onu internetdən soruşun»-, bunu sabiq YAP-çı deputat Şahlar Əsgərov müsahibəsində deyib. Keçən il BDU-nun professoru A.Qasımovun mətbuatda belə bir açıqlaması getdi: «Akademik adı daşıyanların bəzilərinin bir elmlər namizədi səviyyəsində də elmi nailiyyəti yoxdur». Deməli, bu adların verilməsində qüsurlar var»-, deyə Şahlar Əsgərov bildirib.

«Ekspress»
: Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir: «Hökumət bilməlidir ki, əgər istehlakçının qazı yoxdursa, işıqdan istifadə edəcək, işığı da yoxdursa, əlinə balta alıb meşələrin canına düşəcək». O, müsahibəsində «Halal» nişanı ilə satılan ət məhsulları barəsində də danışıb. Və bildirir ki, bu cür ad altında məhsullar bir sıra ölkələrdə də mövcuddur. «Amma ölkəmizdə bu ad altında satılan ət məhsulları heç də halal deyil və bu, dindarların aldadılmasına yönəlik bir işdir. Hətta iş o yerə çatıb ki, Qafqaz Müsəlmanları İdarəsi də belə məhsullara sertifikat verir».

Günün bütün mövzuları

XS
SM
MD
LG