Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:18

Köynəyini soyunmadı 240,000 dollar qazandı


ABŞ-da yaşayan İraq əslli Raed Carrar əynində sinəsinə ərəb və ingilis dillərində “biz susmayacağıq” yazılmış köynəyi ilə təyyarəyə minməyə çalışıb. Nyu-Yorkda JetBlue hava yollarının təyyarəsinə minərkən təhlükəsizlik işçiləri ondan köynəyini üstünü örtməyi tələb ediblər. Bundan imtina edən Raed Carrar ayrıseçkiliyə məruiz qaldığını deyərək JetBlue hava yollarını və Nəqliyyatda Təhlükəsizlik Xidmətini məhkəməyə verib, 240 000 dollar udub.

“The New York Times” qəzeti yazır ki, 2006-cı ildə baş verən bu hadisə üzrə məhkəmə qərarı bu yaxınlarda elan edilib.

30 yaşlı Raed Carrar İraqda doğulub, bir neçə il əvvəl Birləşmiş Ştatlara köçüb. Üç il əvvəl o, JetBlue hava yolları ilə Con Kennedi Beynəlxalq Hava limanından Kaliforniyanın Oaklan şəhərinə uçurmuş. Əynində də sinəsinə ingilis və ərəb dillərində “biz susmayacağıq” yazılmış köynəyi.

Təhlükəsizlik işçiləri ona bildiriblər ki, bu yazı ilə təyyarəyə minmək sinəsinə “mən oğruyam” yazıb banka girmək kimi bir şeydir.

JetBlue şirkətinin işçiləri Carrara başqa bir köynək veriblər ki, öz köynəyinin üstündən geyinsin. Ondan sonra onun təyyarəyə minməsi mümkün olub.

Başına gələnləri özünə qarşı ayrıseçkilik kimi qiymətləndirən Carrar məhkəməyə üz tutub. Məhkəmə isə onun haqlı olduğu qənaətinə gələrək JetBlue hava yolları və Nəqliyyatda Təhlükəsizlik Xidmətinin zərərçəkənə 240 000 dollar miqdarında cərimə ödəməsi barədə qərar çıxarıb.

Onun hüquqlarını müdafiə etmiş Mülki Azadlıqlar Birliyinin hüquqşünası Aden Fine bildirir ki, bu iş üzrə məhkəmənin qərarı gərək bütün Nəqliyyatda Təhlükəsizlik Xidməti əməkdaşlarına və hava yollarlarına görk ola. Onlar bilməlidirlər ki, adamlara görünüşlərinə görə, yaxud etnik məzmunda ayrıseçkilik qoyula bilməz.
Nəqliyyatda Təhlükəsizlik Xidməti rəsmiləri və JetBlue hava yolları isə səhv bir iş görmədiklərini deyirlər. Məmurlar məhkəmədə də bildiriblər ki, onlar Carrarın hüquqlarını pozmadan öz səlahiyyətləri daxilində ehtiyat tədbirləri görüblər.

JetBlue hava yollarından isə deyiblər ki, sadəcə olaraq gələcək hüquqi xərcləri çəkməmək üçün məhkəmənin indiki qərarı ilə razılaşırlar.

Raed Carrar isə hava yolları şirkətinin və Nəqliyyatda Təhlükəsizlik Xidmətinin səhvini boynuna almamasından məyus olduğunu, amma bunsuz da iddiasının sübut olunduğunu deyir. Bildirir ki, əgər onların səhv yox idisə 240 000 dolları biyə ödəyirdilər?

Günün bütün mövzuları

XS
SM
MD
LG