Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:57

«O vaxtdan bəri pasport ala bilmirəm»


Amid Məmmədov
Amid Məmmədov
Dinlə

«Azadlıq» radiosunun «Qaynar xətt»inə zəng edən Amid Məmmədov miqrasiya problemiylə üzləşdiyini söyləyir. Onun danışdığı əhvalat belədir: 1998-ci ildə şəxsi problemlərə görə, ailəsi Azərbaycandan Qazaxıstana köçüb gedir. Orda qaçqın statusu alırlar. Yerli hökumət onları yataqxanada yerlə təmin edir. İş də tapırlar. Amma 2001-ci ildə ümummilli pasportu dəyişmək ehtiyacı yaranır. Həmin il ailə Azərbaycana gəlir. Amid Məmmədov deyir ki, onun yaş kağızında Özbəkistanda doğulduğu göstərildiyi üçün problemlə üzləşib:

«Mən o vaxtdan bəri pasport ala bilmirəm. Deyirlər ki, sənə pasportu Özbəkistan verməlidir. Özbəkistanın Azərbaycandakı səfiri də mənə heç nə vermir».

Amid Məmmədovun probleminin hüquqi həlli necədir? O, pasportunu hansı ölkədən almalıdır? Dinləyicimizin problemiylə bağlı Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı və Miqrasiya Xidmətiylə əlaqə saxladıq. Pasport qeydiyyatından dedilər ki, əgər vətəndaşın ölkə vətəndaşlığı yoxdursa, bu məsələ miqrasiya sahəsinə aiddir

Miqrasiya xidmətinin Məlumat mərkəzindən isə dedilər ki, şəxsin valideyinləri Azərbaycan vətəndaşı olsa da, bu, onun da mexaniki olaraq bu ölkənin vətəndaşlığı olmasına əsas vermir.

Bəs hüquqşünas nə deyir?

Miqantlara Hüquqi Xidmət Mərkəzinin məsləhətçisi Müzəffər Baxışovun məsələyə münasibəti belədir:

«Müvafiq qanunvericiliyə görə, Amidin ata-anası Azərbaycan vətəndaşıdır və onların vətəndaşlığı ləğv olunmayıb. Ona görə də Amid müvafiq sənədləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatıyla bağlı müvafiq orqanlarına təqdim etməli və şəxsiyyət vəsiqəsi almalıdır.

- Bəs məmur bürokratiyasıyla üzləşsə, necə, Amidin məhkəməyə müraciət etmək hüququ varmı bu məsələdə?
- Bəli, o məhkəməyə müraciət edə bilər».

Qışın oğlan çağında Bakının Bayıl qəsəbəsində yaşayan bəzi sakinlər soyuqda qalıblar. Bir vaxtlar onların mənzilini isidən qazanxana sökülüb. Səbəb dünyada ən hündür bayrağın bu ərazidə tikilməsi olub. Deyəsən, hesab olunub ki, sakinlər bayrağın istisinə qızına bilərlər.

Bütün bunlar «Qaynar xətt»də…

«Azadlıq» radiosunun «Qaynar xətt»inə 436-77-41 nömrəli telefona zəng etməklə problemlərinizi bildirə bilərsiniz.
XS
SM
MD
LG