Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:31

Hüseynovlar hələ tapılmayıb


İsmayıl Hüseynov xəstəxanada yoxdu. Onun həyat yoldaşı və oğlu da 5 gündür ki, yoxa çıxıb

İsmayıl Hüseynov xəstəxanada yoxdu. Onun həyat yoldaşı və oğlu da 5 gündür ki, yoxa çıxıb

Sədərəkli İsmayıl Hüseynov hazırda Naxçıvandakı ruhi dispanserdə saxlanmır. 72 yaşlı İsmayıl Hüseynovu oğluna qarşı polis zorakılığından şikayət etdiyinə görə, Naxçıvan şəhər Psixi Xəstəliklər Dispanserinə yerləşdiriblər. «Azadlıq» radiosu dispanserə zəng edib İsmayıl Hüseynovun səhhəti ilə maraqlanıb. Dispanserdən verilən cavab belə olub:
«O, burda yoxdur».

«Azadlıq» radiosu Maştağadakı əsəb xəstəlikləri dispanserinə də müraciət edib, ancaq xəstəxanadan belə bir xəstələri olmadığını deyiblər.
İsmayıl Hüseynovun oğlunu Sədərəkdə bəzədilmiş küknar ağacının işığını qırdığına görə, polis idarəsinə aparmışdılar. Ailəsi onun polisdə döyülüb saçının kəsilməsi ilə bağlı şikayət edəndən sonra atasını zorla xəstəxanaya salıblar.

Hazırda İsmayıl Hüseynovun həyat yoldaşı və oğlu da 5 gündür ki, yoxa çıxıb.

Həmin ittihamla saxlanmış daha bir gənc Afiq Vəliyevin valideynlərindən də xəbər yoxdur:

«İbrahim və Türkan Vəliyevlər Sədərək Rayon Polis şöbəsinə aparılıblar. Yaxınları onların artıq 24 saatdan artıq şöbədə saxlanıldığını və bərələrində hər hansı məlumat ala bilmədiklərini deyirlər. Vəliyevlərin hansı səbəbdən şöbədə saxlanılması ilə bağlı məlumat əldə etmək istəsək də, şöbədən hər hansı məlumat verilmədi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG