Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:18

Aclıq edən sahibkarlar həbs edildi


Yanvarın 12-də Masallıdan olan sahibkarlar Bakıya gələrək Prezident Aparatına şikayət etmək istəyiblər

Yanvarın 12-də Masallıdan olan sahibkarlar Bakıya gələrək Prezident Aparatına şikayət etmək istəyiblər

Masallıda bir qrup sahibkar aclıq etdiyinə görə, həbs edilib. Sahibkarlar Masallı şəhər mərkəzində dükanlarının qanunsuz sökülməsinə, əmlaklarının əlindən alınmasına etiraz edirmişlər.

Polis yanvarın 13-ü axşam saatlarında saxladıqları sahibkarlardan bir neçəsini 25 manat cərimələdikdən sonra sərbəst buraxsa da, 2 sahibkar haqda 5 və 10 gün müddətinə inzibati həbs qərarı verilib.

Masallı Rayon Polis Şöbəsindən isə deyiblər ki, sahibkarlar aclıq aksiyası üçün icazə almalıydılar.

Və polis aclığı dayandırmaq xəbərdarlığı etsə də, sahibkarlar buna müqavimət göstəriblər.

Yanvarın 12-də Masallıdan olan sahibkarlar Bakıya gələrək Prezident Aparatına şikayət etmək istəyiblər.

Ancaq buna nail ola bilməyincə, aclıq aksiyası keçirməyə qərar veriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG