Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:18

Bir həftədə 10 min işsiz…


Ekspertlər deyir ki, son həftədə də məcburi şəkildə məzuniyyətə göndərilən işçilərin sayı 10 min nəfərə yaxındır
Ekspertlər deyir ki, son həftədə də məcburi şəkildə məzuniyyətə göndərilən işçilərin sayı 10 min nəfərə yaxındır
«Yeni Müsavat»: «Qlobal maliyyə böhranı ilə əlaqədar ölkədə dövlət və qeyri-dövlət müəssisələrində işçilərin ixtisarı davam edir. Növbə səhiyyə sektoruna çatıb. Bu sahədə həkimlərin kütləvi işdən çıxarılması gözlənilir».

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri deyir ki, dövlət və özəl müəssisələrdə işçilərin ixtisara düşməsinin başlıca səbəbi neftin qiymətinin düşməsidir. Ölkədə inkişafın neftin qiymətindən asılı olduğunu vurğulayan mütəxəssislər bildirir ki, yalnız son 1 həftədə özəl və dövlət şirkətlərinin ixtisar etdiyi, məcburi şəkildə məzuniyyətə göndərdiyi işçilərin sayı 10 min nəfərə yaxındır: «Əmlak bazarında yaranan durğunluğun nəticəsində tikinti şirkətləri 2008-ci ilin sonunda ixtisarlar apardılar. Bu şirkətlərin əksəriyyəti ya fəaliyyətini dondurub, ya da fəaliyyət göstərmirlər. Güman edilir ki, həftə sonu tikinti şirkətlərində işçilərin 30 faizi məcburi şəkildə ezamiyyətə buraxılacaq. Yaxın zamanlarda yalnız özəl şirkətlər deyil, həmçinin dövlət şirkətlərində kütləvi ixtisarlar olacaq».
«Azadlıq»: Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət müxalifətin yeni yaratdığı «Qarabağ və Demokratik Respublika Uğrunda» Vətəndaş Hərəkatını münasibətini bildirib: «Biz bütün imkanlarımızı səfərbər edərək, məqsədimizə çatdıq və real prezidentliyə namizəd olan müxalif qüvvələr birgə boykota qərar verdi. Prezident seçkisindən də dərhal sonra referendum məsələsi meydana çıxdı. Bu, olduqca təhlükəli məsələdir. Təklif olunan Konstitusiya dəyişikliyi Azərbaycanın həm respublika quruluşuna, həm də ərazi bütövlüyünə böyük təhlükədir. Belə olan halda biz milli maraq naminə öz sözümüzü deməliyik. Bu, ümummilli məsələdir. Ona görə də təklif irəli sürdüm ki, «Qarabağ və Demokratik Respublika Uğrunda» Hərəkat bir vətəndaş hərəkatı kimi yaradılsın. Necə ki, Azərbaycanın müstəqilliyi uğrunda 80-ci illərin sonunda Xalq Cəbhəsi yaranmışdı».

«Yeni Azərbaycan»: «Respublika və Qarabağ uğrunda vətəndaş hərəkatı» adında bir qurum yaradıblar. Və bir-biri ilə qanlı-bıçaq düşmənlər bu qurumda birləşiblər. İnandırıcı deyil»-, bunu qəzetin əməkdaşı Pərviz Sadayoğlu yazır. O, daha sonra bildirir: «Bu həmin respublikadır ki, siz müxalifətçilərin o vaxtkı yarıtmaz siyasəti və «fəaliyyəti» nəticəsində yaşayıb-yaşamayacağı sual altına düşdü». Müəllif konstitusiya dəyişikliklərinə etiraz edən bir sıra müxalifət partiyalarının yaratdıqları qurumun heç bir perspektivi olmadığını iddia edir.

«Azərbaycan»: «Yerevanın Bakıya diplomatik məğlubiyyəti erməniləri təşvişə salıb» sərlövhəli məqaləsində müəllif yazır ki: «AŞPA-nın Ermənistana qarşı sanksiyalar tətbiq etməyə hazırlıq görməsi bu dövlətin beynəlxalq rəydəki mənfi imicini daha da gücləndirir». «…Ermənistan əhalisi arasında belə fikir sürətlə formalaşmaqdadır ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi ölkənin üzləşdiyi problemlərin miqyasını günü-gündən daha da artırır. Bu səbəbdən xalq arasında ölkə hakimiyyətinin bu münaqişə ilə bağlı spekluyasiya etməsinə də ciddi etiraz yaranıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG