Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:44

Rusiya və Ukrayna arasında qazla bağlı yeni ittihamlar


Rusiya ilə Ukrayna arasında qazla bağlı yeni ittihamlar yaranıb. Rusiyanın «Qazprom» şirkəti elan edib ki, Ukrayna vasitəsilə Avropaya qaz nəqlini bərpa edib.

Bundan bir neçə saat sonra isə «Qazprom» Ukraynanı qaz nəqlinə əngəl yaratmaqda ittiham edib. Ukrayna tərəfi isə Moskvanı xəbərdarsız təchizat marşrutunu dəyişməkdə günahlandırıb.

Avropa Komissiyasından isə bildiriblər ki, Rusiya qazının Avropaya nəqli çox az və ya yox səviyyəsindədir. Komissiya tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
Rusiya Avropaya qaz nəqlini ötən həftə dayandırıb. Moskva Ukraynanı Avropa üçün nəzərdə tutulan qazı qanunsuz olaraq özünə götürməkdə günahlandırıb. İki ölkə arasındakı mübahisəyə görə əksər Avropa ölkələri qazsız qalıb.
XS
SM
MD
LG