Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:45

Herkel Leyla Yunusla bağlı məhkəmə təqibindən narahatdır


«Referendum keçirilməsi haqda qərarın belə tez qəbul edilməsi məni təəccübləndirib»

«Referendum keçirilməsi haqda qərarın belə tez qəbul edilməsi məni təəccübləndirib»

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin iclasında və sessiya zamanı, sessiyanın gündəliyində Azərbaycan haqqında məsələ olmamasına baxmayaraq, Azərbaycandakı vəziyyət müzakirə olunacaq. Bu barədə «Turan»a Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Andres Herkel məlumat verib.

Buna zərurəti ölkədə daim pisləşən mürəkkəb vəziyyət yaradıb. Bu, həm həbs edilmiş jurnalistlər, xarici radioların yayımının dayandırılması məsələləri, həm də indi ortaya çıxan Konstitusiyaya dəyişikliklərlə bağlı referendum məsələsidir.

«Vəziyyətin monitorinqi göstərir ki, demokratik normalara riayət edilməsi xüsusunda nəzərəçarpacaq dərəcədə geriləmə baş verir, həm də bütün istiqamətlərdə belə təmayüllər var»-, deyə Herkel qeyd edib.

Məruzəçi ölkə hakimiyyətinin yerli tezliklərdə Qərb radiolarının yayımını qadağan etmək qərarından və hüquq müdafiəçisi Leyla Yunusla bağlı məhkəmə təqibi barədə məlumatlardan ciddi narahatlıq ifadə edib:

«Əgər bu gün hüquq müdafiəçilərinin müdafiəsi haqqında məsələ qarşıda durursa, Azərbaycanda vəziyyətin nə dərəcədə gərginləşdiyini təsəvvür etmək olar»-, deyə Herkel qeyd edib.

Herkel «hakimiyyətin onu daim tənqid etdiyi bir şəraitdə Azərbaycanda işləməkdən yorulmayıb ki» sualının cavabında gülərək deyib ki, heç vaxt bu barədə düşünməyib. «İşlədiyim illər ərzində Azərbaycanda çox yaxşı və maraqlı insanlar görmüşəm və ümid edirəm ki, bu ölkənin xalqı üçün faydalı nə isə etmişəm»-, deyə AŞPA məruzəçisi bildirib.
«Niyə Azərbaycan hakimiyyəti AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatların tənqidinə və çağırışlarına məhəl qoymur? Bu, vəziyyətin çıxılmazlığı və Avropa Şurasında demokratiya dəyərlərinin unudulması demək deyil ki?»
«Truan»vn bu suallarına cavabında Herkel deyib ki, demokratiyanın vəziyyəti təkcə Azərbaycanda deyil, bütün MDB məkanında pisləşir: «İlk öncə, bu, Rusiyada baş verən proseslərin Azərbaycana təsirinin nəticəsidir. Amma ümid edirəm ki, bu təsir uzunmüddətli olmayacaq. Düşünürəm ki, gənc nəsil demokratiya və avtoritarizm arasında fərqi dərk edir və düzgün seçim edəcək»-, deyə məruzəçi bildirib.

Qarşıda duran referendum məsələsinə toxunan Herkel qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan düzəlişlər dövlətin qanunverici əsaslarını ciddi şəkildə dəyişə bilər. Eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin ləğvi hakimiyyət dəyişkənliyini və cəmiyyətin özü üçün hökumət seçmək imkanlarını nəzərdə tutan demokratik prinsiplərə ziddir: «Referendum keçirilməsi haqda qərarın belə tez qəbul edilməsi məni təəccübləndirib. Hakimiyyətin Konstitusiyaya dəyişikliklərlə bağlı Avropa Şurası ilə məsləhətləşməyi və təşkilatın fikrini öyrənməyi lazım bilməməsi də təəccüblü idi»-, deyə Herkel bildirib.

2001-ci ildə Azərbaycanı demokratiyanın hazırkı vəziyyəti və Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər fonunda Avropa Şurasına qəbul edərdilər?
Bu suala cavabda məruzəçi deyib ki, Avropada ölkədə ali vəzifəyə seçim hüququna məhdudiyyət olmayan ölkə yoxdur: «Bu göstəricilərlə Azərbaycanın təşkilata üzvlüyü barədə məsələ böyük sual altında olardı»-, deyən Herkel əlavə edib ki, o zaman Avropa Şurasının üzvü olmayıb və öz subyektiv fikrini bildirir.
«Azərbaycanın dövlət başçısı seçilməsi ilə bağlı məhdudiyyətlərin ləğvi məsələsində Avropa ölkələrinin Azərbaycan təcrübəsini mənimsəməsinə təsiri mümkündürmü»-, sualına cavabda məruzəçi Avropada belələrinin tapılmayacağına ümid etdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG