Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:14

İtkin düşənlərin sayı 4210 nəfərdir


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ötən il üçün komissiyanın və İşçi Qrupunun fəaliyyəti ilə bağlı hesabat hazırlayıb. Adı çəkilən qurumun məlumatına görə, 4210 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. 25 dekabr 2008-ci il tarixə olan məlumata görə, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib.

İtkin düşmüş şəxslərin axtarışı istiqamətində aparılan araşdırmalar nəticəsində il ərzində Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən 162 nəfərin taleyi müəyyən olunaraq adları siyahıdan çıxarılıb. Onlardan 57 nəfəri sağdır, 45 nəfəri döyüşlər zamanı həlak olub və yaxınları tərəfindən tanınaraq dəfn edilib, 60 nəfərin adının siyahıda təkrar keçdiyi müəyyənləşdirilib. Araşdırmalar zamanı daha 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib, adları müvafiq siyahıya salınıb.

Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 39 nəfərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilərək bu barədə arayışlar tərtib edilib.
İl ərzində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış, lakin Beynəlxalq Qızıl Xaç Komitəsində qeydiyyatdan keçməyən 295 Azərbaycan vətəndaşı ilə bağlı materiallar BQXK-ya göndərilib.

/Turan/
XS
SM
MD
LG