Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:12

Rusiya Avropaya qaz təchizatını bərpa edib


Rusiya Ukrayna ərazisindən Avropaya qaz təchizatını bərpa edib. «Qazprom» bildirir ki, yanvarın 13-ü səhər Avropaya 76 milyon kub metr qaz göndərib.

Bir həftədən çoxdur Rusiya Avropanın qazını kəsib. Bundan Avropanın 15 ölkəsinə ziyan dəyib.

Rusiya Ukraynanı qaz oğurlamaqda ittiham etsə, Ukrayna bunu təkzib edir. Rusiya hələlik Ukraynanın özünə qaz verməyib. Ekspertlərə görə, Rusiya qazı Avropa istehlakçılarına 3 günə çatacaq.
XS
SM
MD
LG