Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

Sabir Rüstəmxanlının işi Baş Prokurorluqda araşdırılır


Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlıya ölüm fitvası verilməsi ilə bağlı Baş Prokurorluq araşdırma aparır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov «Azadlıq» radiosuna deyib ki, artıq Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının baş prokuror Zakir Qaralova ünvanladığı müraciət onlara daxil olub.
Eldar Sultanov deyir ki, «faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü - öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda faktla bağlı istintaq davam etdirilir».

Sabir Rüstəmxanlını yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən piketdə ölümlə hədələyiblər. Hacı Əli Hüseynov Nardaran ağsaqqallarından birinin millət vəkili Sabir Rüstəmxanlının barəsində ölüm fitvası verdiyini bildirib. O, bunu xalq şairinin İranın «Səhər» kanalına qarşı səsləndirdiyi fikirlərlə əlaqələndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG