Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Rusiya səfirindən izahat istənildi


Rusiya səfiri Vasili İstratov Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib. Bu haqda XİN-in mətbuat üçün məlumatında bildirilir.
Məlumata görə, səfir son günlər mətbuatda Ermənistanın Gümri şəhərində yerləşən Rusiya hərbi qüvvələrinə məxsus 102 saylı hərbi bazasından Ermənistanın hərbi qüvvələrinə 800 milyon ABŞ dolları həcmində hərbi silah və sursatın verilməsinə dair yayılmış məlumatla əlaqədar nazirliyə dəvət edilib.
Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimovla görüş zamanı Vasili İstratova məlumatın həqiqətə uyğun olub-olmamasının təsdiq edilməsi barəsində rəsmi sorğu təqdim edilib.

Vasili İstratov sorğu ilə əlaqədar Rusiya tərəfinin məsələyə aydınlıq gətirəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG