Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:02

İsmayıl Hüseynovun yoldaşı və oğlu yoxa çıxıb


Elvin Hüseynov və Xanımzər Hüseynova Psixi Xəstəliklər Dispanserinin qarşısında - 8 yanvar 2008

Elvin Hüseynov və Xanımzər Hüseynova Psixi Xəstəliklər Dispanserinin qarşısında - 8 yanvar 2008

Bu il yanvarın 5-də zorla Naxçıvan şəhər Psixi Xəstəliklər Dispanserinə yerləşdirilən 72 yaşlı Sədərək rayon sakini, 1-ci qrup gözdən əlil İsmayıl Hüseynovun həyat yoldaşı və oğlu yoxa çıxıb.
Artıq dörd gündür ki, Elvin Hüseynov və onun anası Xanımzər Hüseynovadan heç bir səs-soraq yoxdur.
Xanımzər Hüseynovanın qardaşı Məhərrəm İsmayılovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, yanvarın 8-i səhər saatlarında bacısı və bacısı oğlu Psixi Xəstəliklər Dispanserində saxlanan İsmayıl Hüseynova baş çəkməyə gediblər. Dispanserdən çıxdıqdan sonra isə onlar rayona geri qayıtmayıblar və harda olduqları indiyədək məlum deyil.
Məhərrəm İsmayılov deyir ki, o, artıq yaxınlarının axtarışı ilə bağlı Sədərək rayon Polis Şöbəsinə də müraciət edib. Sözügedən Şöbədən isə «Azadlıq» radiosuna deyiblər ki, hər iki şəxsin axtarışı ilə bağlı əməliyyatlar davam edir.
Ötən il dekabrın 26-da Sədərək rayon mərkəzindəki bəzədilimiş küknar ağaclarından birinin işıqlarının kəsilməsində şübhəli bilinən yeddi nəfər gənc Polis Şöbəsinə aparılıb. Gənclərə təzyiq edilib və onların saçları kəsilib. Bundan sonra həmin gənclər və valideynləri baş verənlərdən respublikanın müxtəlif orqanlarına şikayətlə müraciət ediblər. Yanvarın 3-də gənclərin valideynlərinin bir neçəsi Polis Şöbəsinə çağırılaraq, ərizələrini geri götürmələri tələb edilib. Ərizəsini geri götürməyən Elvin Hüseynovun valideynləri - İsmayıl Hüseynov və Xanımzər Hüseynova isə psixi xəstə adı ilə Naxçıvan Daxili İşlər Nazirliyinə aparılıb. Xanımzər Hüseynova yanvarın 5-də buraxılsa da, İsmayıl Hüseynov Psixi Xəstəlikldər Dispanserinə yerləşdirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG