Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:56

Şairə ölüm fitvası verənlər barədə cinayət işi başlanıb


Nardaran ağsaqqallarından birinin millət vəkili Sabir Rüstəmxanlı barəsində ölüm fitvası verdiyi bildirilir
Nardaran ağsaqqallarından birinin millət vəkili Sabir Rüstəmxanlı barəsində ölüm fitvası verdiyi bildirilir
Bu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən piket zamanı çıxış edənlərdən birinin Milli Məclisinin deputatı, xalq şairi Sabir Rüstəmxanlını öldürmək barədə dediyi fikirlərlə bağlı cinayət işi başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bununla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Yanvarın 9-da Nardaran qəsəbəsindəki «İmam Hüseyn» meydanında İsrailin Fələstində həyata keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti olaraq keçirilən aksiyada kənd sakini Hacı Əli Hüseynov Nardaran ağsaqqallarından birinin millət vəkili Sabir Rüstəmxanlının barəsində ölüm fitvası verdiyini bildirib. O, bunu xalq şairinin İranın «Səhər» kanalına qarşı səsləndirdiyi fikirlərlə əlaqələndirib.APA

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG