Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:52

Leyla Yunusun məhkəməsi təxirə salınıb


Daxili İşlər naziri Ramil Usubovun Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı iddiası üzrə Nəsimi rayon Məhkəməsində yanvarın 13-nə təyin edilmiş hazırlıq iclası yanvarın 23-nə keçirilib. Bu barədə «Turan»a Leyla Yunusun vəkili İsaxan Aşurov bildirib.

Aşurovun sözlərinə görə, hazırlıq iclasının təxirə salınması başqa işə çıxması və Gürcüstana qısamüddətli səfəri ilə bağlıdır. «Mən iddiaçı tərəfin nümayəndələri ilə görüşmüşəm», - deyə vəkil qeyd edib.

Daxili İşlər naziri Ramil Usubov hüquq müdafiəçisini day.az saytına müsahibəsində Dəvəçi rayonunda iki azyaşlı uşağın qətlində polisin əli olduğunu dediyinə görə məhkəməyə verib.

Nazir məlumatın təkzibini və Leyla Yunusun 100 min manat cərimə edilməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG