Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:43

Məcburi köçkünlər Bakıda aksiya keçiriblər


Zəngilan rayonundan olan bir qrup məcburi köçkünün etiraz aksiyası. 12 yanvar 2008

Zəngilan rayonundan olan bir qrup məcburi köçkünün etiraz aksiyası. 12 yanvar 2008

Yanvarın 12-də Zəngilan rayonundan olan bir qrup məcburi köçkün bir il əvvəl Tallində həbs edilmiş həmyerliləri - Əhliman Zeynalov və Mirzə Camalovun azadlığa buraxılması tələbi ilə aksiya keçiriblər. Məcburi köçkünlər deyirlər ki, Estoniya prezidentinin Bakı səfəri ərəfəsində aksiya keçirməkdə məqsədləri diqqəti bu məsələyə yönəltmək və ədalətin bərpasına nail olmaqdır. Onlar iddia edirlər ki, Ə.Zeynalov və M.Camalov Estoniyada qanunsuz olaraq həbsdə saxlanılırlar.
Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gəldikdən sonra aksiya iştirakçıları dağılışıblar. Saxlanan olmayıb.

Həbs olunanların vəkili Cavanşir Süleymanov deyir ki, Əhliman Zeynalov və Mirzə Camalov Tallində iş adamları kimi tanınırlar. 2007-ci ilin dekabrında həbs olunmalarına baxmayaraq istintaq işi məhkəməyə bir il sonra verib. Onlar 2005-ci ildə Hollandiyadan Estoniyaya narkotik gətirməkdə təqsirli bilinsələr də, istintaq materiallarında bu barədə heç bir dəlil–sübut yoxdur.

Yanvarın 12-si Estoniya prezidenti Tomas Hendrik İlves Azərbaycana səfərə gəlib. Yanvarın 13-də Bakıda Estoniya-Azərbaycan informasiya-kommunikasiya texnologiyaları forumu işə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG