Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

Hüquq müdafiəçiləri amnistiyanın zəruri olduğunu deyirlər


Siyasi məhbuslar problemiylə bağlı İşçi Qrupun toplantısı keçirilib


Aprelin 5-də siyasi məhbuslar problemiylə bağlı hakimiyyət təmsilçiləri və hüquq müdafiə fəallarının yaratdqları birgə İşçi Qrupun toplantısı keçirilib.


Hüquq müdafiəçisi Murad Saddəddinov «Azadlıq» radiosuna bildirib ki, o, hökumət nümayəndələrinə amnistiya qanununun qəbul edilməsinin zəruri olduğunu deyib. Onun hazırladığı layihə Milli Məclisin uyğun komissiyasındadır. «Hakimiyyət nümayəndələri indiyə qədər olan siyasi məhbusların azad edilməsiylə bağlı hesabatla çıxış etdilər. Bu, adları əvvəlki siyahılarda olan adamların azadlığa çıxmasıyla bağlı hesabat idi. Biz parlament seçkisindən əvvəl və sonra həbs olunmuş müxalifət nümayəndələriylə də bağlı məsələ qaldırdıq. Onlar bunun araşdırılması və qərar qəbul olunmasıyla bağlı bizə növbəti toplantıda məlumat verəcəklərini bildirdilər», - deyə cənab Sadəddinov bildirib.


İşçi Qrupun növbəti yığıncağının may ayında AŞ PA sessiyası ərəfəsində keçirilməsi qərara alınıb.


Bu İşçi Qrup 2005-ci ilin iyun ayında yaradılıb. Məqsədi siyasi məhbuslar probleminin həllinə yardımçı olmaq


Günün bütün mövzuları

XS
SM
MD
LG