Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:48

Göyərtəsində 200-dən çox sərnişin olan bərə batıb


Yanvarın 11-də İndoneziya sularında göyərtəsində 250 sərnişinin və 17 ekipaj üzvünün olduğu bərə batıb. «Reuters» ölkə rəsmilərinə istinadən xəbər verir ki, bərə tufan nəticəsində qəzaya uğrayıb və yalnız 18 adamı xilas etmək mümkün olub. Digərlərinin vəziyyəti barədə məlumat yoxdu.
İndoneziyada təxminən 17 min adalar arasında hərkət etmək üçün dəniz nəqliyyatı ucuz başa gəlir. Amma bu ölkənin bərələrində təhlükəsizlik qaydalaraı heç də tam gözlənilmir.

İndoneziyada dənizdə 500-ə yaxın sərnişinin həlak olması ilə nəticələnən ən faciəli qəza 2000-ci ildə olub.
XS
SM
MD
LG