Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:23

İsrail İranı vurmaq istəyibmiş


ABŞ prezidenti Corc Buş hələ ötən il İsrailin İranın nüvə kompleksini bombalamasına icazə verməyib.
«Nyu-York Tayms» qəzeti adı çəkilməyən ABŞ rəsmisinə istinadla yazır ki, İsrailin baş naziri Ehud Olmert İranın Natanzdakı nüvə kompleksini vurmaq üçün Birləşmiş Ştatlardan idarə olunan bomba və bunun üçün İraq üzərindən uçmağa icazə istəyib.

Amma qəzet yazır ki, Pentaqonun rəhbəri Robert Qeyts başda olmaqla prezidentin müşavirləri Buşu inandırıblar ki, İrana hər hansı hücumun effekti olmayacaq.
XS
SM
MD
LG