Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Qazın nəqlinə nəzarət haqda protokol imzalandı


Vladimir Putin və Mirek Topolanek

Vladimir Putin və Mirek Topolanek

Rusiya və Avropa Birliyi qazın Ukrayna vasitəsilə Avropaya nəqlinə nəzarət edəcək komissiya yaratmaq haqqında protokol imzalayıblar.

Bu barədə Moskvada Rusiyanın və Avropa Birliyinə sədrlik edən Çexiyanın Baş nazirləri - Vladimir Putin və Mirek Topolanek arasında danışıqlardan sonra elan olunub. Vladimir Putin deyib ki, komissiya işə başlayan kimi qazın nəqli bərpa olunacaq.

Topolanek Moskvadan Kiyevə yollanır, onun burada Ukraynanın Baş naziri Yuliya Timoşenko ilə görüşü nəzərdə tutulub.

Çexiyanın Baş naziri ümidvar olduğunu bildirib ki, Ukrayna da yaxın vaxtlarda protokolu imzalayacaq və beynəlxalq müşahidəçilər işə başlayacaqlar. Ukrayna liderləri artıq buna şifahi razılıq veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG