Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:39

Dənizin üzərindən körpü bu il tikiləcək


Körpünün layihəsi üzərində tamamlama işləri aparılır

Körpünün layihəsi üzərində tamamlama işləri aparılır

Azərbaycanda neft gəlirlərinin azalması Bakı buxtası üzərindən çəkiləcək körpünün tikintisinə təsir etməyəcək. 2009-cu ildə maliyyə çatışmazlığı üzündən bəzi tikinti layihələri təxirə salınsa da, Xəzər dənizinin üzərində körpünün tikintisi reallaşacaq.

Nəqliyyat Nazirliyindən «Lent.az»a bildiriblər ki, artıq körpünün layihəsi üzərində tamamlama işləri aparılır. Yanvarın sonunda layihələndirmə işlərinin başa çatdırılması, ilin ikinci yarısında isə tikinti işlərinə başlamaq nəzərdə tutulur. Beş il müddətində tikiləcək körpü Koreya şirkətinin təqdim etdiyi İntellektual İdarəetmə Sistemi ilə idarə olunacaq.

İlkin layihəyə görə, körpünün uzunluğu 14 kilometrdir. Yol ötürücüsü 40 min ton yükgötürmə qabiliyyətinə malikdir. Koreya şirkətinin tikəcəyi körpünün maliyyə tutumu yaxın vaxtlarda dəqiqləşdiriləcək.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG