Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:01

Eynulla Fətullayevə həsr edilmiş veb-sayt yaradılıb


«Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə həsr edilmiş veb-sayt yaradılıb: www.eynulla.info.

Saytda jurnalistin tərcümeyi-halı, məqalələri, onunla bağlı məhkəmə prosesləri haqqında reportajlar, habelə Fətullayev haqqında məqalələr yerləşdirilib.

Saytın yaradılmasında məqsəd yerli və dünya ictimaiyyətinin nəzərinə Eynulla Fətullayev haqqında məlumat çatdırmaqdır.

Yaxın vaxtlarda saytda rus və ingilis dillərində materiallar yerləşdiriləcək.

E. Fətullayev 2007-ci ildə terrorla hədələmə, vergidən yayınma və mili ədavəti qızışdırmaqda təqsirli bilinərək, 8 il 6 ay azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar jurnalistin həbsinin onun peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG