Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:53

«Bakcell»ə yeni baş direktor təyin olunub


Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinə yeni baş direktor təyin olunub.

Bu barədə «APA»ya «Bakcell» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri İlham Əfəndiyev məlumat verib.

Ötən il dekabrın 30-da şirkətin baş direktoru Martin Kverkin səlahiyyət müddəti başa çatıb. Yanvarın 14-dən etibarən «Bakcell»in baş direktor vəzifəsini Hollandiya vətəndaşı olan xanım İnessa Botte tutacaq.

Əvvəllər İ.Botte Livanın mobil rabitə operatoru olan «Alfa» şirkətində baş direktor işləyib.

«Bakcell» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin 1.2 milyon. abunəçisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG