Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:20

Milli Məclis Avropa Konvensiyasının 14-cü Protokoluna qoşulub


Bu protokol hakimlərin fəaliyyətinin müddətini uzadır

Bundan sonra Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək imkanları daha da artacaq. Milli Məclis aprelin 4-də İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 14-cü Protokolunu təsdiqləyib. Parlamentin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova bildirdi ki, bu protokol hakimlərin fəaliyyətinin müddətini uzadır: «Hakimlər 6 il müddətinə deyil, birdəfəlik 9 il müddətinə seçiləcəklər».

Milli Məclisin bu protokolun müzakirə edildiyi iclasında müxalifətdən olan millət vəkili Pənah Hüseyn də 2003-cü ilin 16 oktyabr hadisələri ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etdiyini dedi: «Bir çox vətəndaşlar da məhz Azərbaycan məhkəmələrinin fəaliyyətindəki qanunsuzluqlara görə müraciət etməyə məcbur olurlar. Qanunsuzluqlar bu gün də davam edir, ədalətli məhkəmə hüququ təmin olunmur».


2006-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə 1050 şikayət göndərilib. Onlardan 800-i qəbul edilməyib, 150-i icraata götürülüb, qalanları isə düzgün tərtib olunmaq üçün geri qaytarılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG