Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:16

Nardaranda növbəti etiraz mitinqi keçirilib


Yanvarın 9-da Bakının Nardaran kəndində İsrailin Qəzzaya hücumları ilə bağlı növbəti etiraz aksiyası keçirilib

Yanvarın 9-da Bakının Nardaran kəndində İsrailin Qəzzaya hücumları ilə bağlı növbəti etiraz aksiyası keçirilib

Yanvarın 9-da Bakının Nardaran kəndində İsrailin Qəzzaya hücumları ilə bağlı növbəti etiraz aksiyası keçirilib. Bir sıra radikal şüarlarla müşayiət olunan aksiyada Azərbaycan hökumətindən İsraillə diplomatik münasibətlərin kəsilməsi, bu ölkənin Azərbaycandakı səfirliyinin bağlanması, rəsmi Bakının etiraz bəyanatı ilə çıxış etməsi tələb olunub.
Çıxışçılar bildiriblər ki, əhalisinin böyük hissəsi müsəlman olan Azərbaycanın Qəzzada müsəlmanların kütləvi qətlinə rəsmi münasibət bildirməməsi anlaşılan deyil. Onlar beynəlxalq birliyin bu məsələyə adekvat reaksiya verməməsinə də etiraz ediblər.
Rəsmi İsrail bəyan edib ki, Qəzza bölgəsində həyata keçirilən hərbi əməliyyatlar dinc xalqa qarşı yönəlməyib. Bu anti-terror tədbirləridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG