Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:58

Ukrayna Rusiyanın yoxlamalarına etiraz etmir


Rusiya istəyir ki, Avropaya Ukraynadan keçən kəmərlərə özü nəzarət etsin. Avropa Komissiyası bildirib ki, Ukraynayla Rusiya monitorinq missiyasıyla bağlı razılığa gəlib.
Avropa Birliyinin indiki sədri, Çexiyanın baş naziri Mirek Topolanek Rusiyanın baş naziri Vladimir Putinlə telefonla danışıb. Ukraynadan keçən kəmərlərə nəzarətlə bağlı razılıq əldə olunub. Kəmərləri yoxlamaq üçün Avropa Birliyi Ukraynaya xüsusi monitorinq qrupu göndərilməlidir.

Rusiyayla Ukraynanın mübahisəsi 15-ə yaxın Avropa ölkəsini qazsız qoyub. Rusiya Ukraynadan qaza görə borcunu tələb edir, həm də Ukraynaya satdığı qazın qiymətini artırır. Mübahisə nəticəsində Avropaya Ukrayna vasitəsiylə gedən kəmərlərdə qaz kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG