Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:17

Sən demə, Ukrayna, qazı Rusiyadan almırmış


Avropaya Rusiya qazının verilməsi yanvarın 9-u, ya da 10-u bərpa olunmalıdır
Avropaya Rusiya qazının verilməsi yanvarın 9-u, ya da 10-u bərpa olunmalıdır
İsveçrədə bir şirkət var - onu iki Ukrayna biznesmeni və «Qazprom» yaradıb. Ukrayna Rusiya qazının hamısını bu şirkətdən alır. Şirkətin adı «RosUkrEnergo»dur, qısaca RUE. «Röyters» yazır ki, beynəlxalq təhlilçilərin fikrincə, Ukrayna ilə Rusiyanın qaz mübahisəsinin yoluna qoyulmasında ən böyük əngəl adı heç yerdə çəkilməyən bu müəmmalı RUE şirkətidir. Ukraynanın Baş naziri Timoşenko RUE-ni «korrupsiya vasitəçisi» adlandırır.
Timoşenko və ya «Qazprom»un xırda səhmdarları həmişə soruşurlar ki, Ukrayna qazı birbaşa niyə Rusiyadan, «Qazprom»dan almır? Vasitəçinin olmağı kimə lazımdır?
Maraqlıdır ki, Ukrayna ilə Rusiyanın mübahisəsi düşəndə, həm Putin, həm Timoşenko, həm də «Qazprom» deyirlər ki, RUE olmadan birbaşa ticarət mümkündür. Ancaq hər il onlar öz əlləri ilə müqavilə imzalayırlar, Rusiya qazını yenə RUE alıb, Ukraynaya satır.
Ukraynanın «Naftoqaz» şirkətinin prezidenti Dubina deyib ki, əgər indiki böhran həll olunsa, ancaq RUE yenə vasitəçi kimi qalsa, o, istefa verəcək.
«Röyters» həmin iki Ukrayna biznesmeni Dmitri Firtaş və İvan Fursinə müraciət etsə də, onlardan heç biri müsahibəyə razı olmayıb. Bunlar kölgədə olanlardır. İndi üzdə olanlara keçək.
Avropaya Rusiya qazının verilməsi yanvarın 9-u, ya da 10-u bərpa olunmalıdır. Ukrayna razılaşıb ki, Avropa Birliyinin və Rusiyanın ekspertləri Ukraynanın qaz stansiyalarında verilən qazın həcmini monitorinq etsinlər. Monitorinq tələbini yanvarın 8-də Avropa Birliyi ilə danışıqlarda «Qazprom»un prezidenti Miller qaldırmışdı. Rusiya Ukraynanı ittiham edir ki, onun Avropaya göndərdiyi qazın 15 faizini yolda oğurlayır. Ukrayna bu ittihamı rədd edir.
Avropa Birliyinin bəyanatında deyilir ki, monitorinq razılığı qaz verilməsinin bərpasına aparmalıdır.
Ancaq Rusiya rəsmiləri deyirlər ki, qazın verilməsi bu gün bərpa olunsa belə, bu qazın Avropaya çatmasına günlər tələb oluna bilər. Ola bilsin ki, qaz yalnız Avropa alıcısına veriləcək, Ukraynaya yox. Yanvarın 8-i Ukraynaya qazın hansı şərtlə veriləcəyini Rusiyanın Baş naziri Putin aydın şəkildə bildirib. Xarici jurnalistləri öz Moskvaətrafı iqamətgahına yığan Putin öz üslubunda deyib ki, «Ukraynanın nümayəndələri Moskvaya gəlib müqavilə imzalamalıdırlar. Onlar aldıqları qazın pulunu verməlidirlər, bazar qiyməti ilə. Ancaq Ukrayna imzalamaq da istəmir, pulunu vermək də».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG