Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:24

Özəlləşdirmə çeklərinin vaxtı uzadılmalıdır


Bakıda vauçer auksionu, 10 mart 2008
Bakıda vauçer auksionu, 10 mart 2008
Bu ilin sonuna kimi Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatır. Özəlləşdirmə Azərbaycanda 1997-ci ildən başlayıb. 11 ildə əhalinin yalnız 52 faizi çeklərdən istifadə edib.
İqtisadçı Hafiz Babalıya görə, əhalinin böyük hissəsinin özəlləşdirmədən kənar qalması səbəbsiz deyil. Hökumət özəlləşdirmənin gedişi və ya nəticələri ilə bağlı ciddi müzakirələr aparmayıb:

«Özəlləşdirməylə bağlı dövlət komissiyası var, sədri də baş nazir Artur Rəsizadədir. Amma komissiya ciddi fəaliyyət göstərməyib. Özəlləşdirmənin hansı strategiya ilə aparıldığı məlum deyil. Proqram var, qanun var. Amma proqrama uyğun aparılmır. Buna görə də vətəndaş özəlləşdirmədən səmərə götürə bilmir».

İqtisadçıya görə, özəlləşdirmə ayrı-ayrı qrupların əlində manipulyasiya alətinə çevrilib. Bu üzdən kütlə kənarda qalıb».

Bəs 11 ildə özəlləşdirmə çeklərini işə keçirə bilməyən vətəndaş bu bir ildə nə edə bilər? İqtisadçıya görə, əslində, nəzəri baxımdan vətəndaşın özəlləşdirmədə iştirak üçün bütün hüquqları var. Amma hüququnu reallaşdırmaq üçün şərait yoxdur.

İqtisadçı hesab edir ki, vətəndaş aqoniyaya qapılmamalı, əllərindəki çeklərdən tələm-tələsik canını qurtarmağa çalışmamalıdır: «Çeklərin satılması çıxış yolu deyil. Və bu bir ildə dövlət qurumlarına ictimai qınaq artırılmalıdır».

Bir çox mütəxəssislər hesab edir ki, özəlləşdirmə çeklərinin vaxtı artırılmalıdır.
XS
SM
MD
LG