Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10

Partlayış nəticəsində beş nəfər xəsarət alıb


Bu, qış fəsli ərzində yaşayış binasında qaz sızması nəticəsində baş verən ikinci partlayışdır

Bu, qış fəsli ərzində yaşayış binasında qaz sızması nəticəsində baş verən ikinci partlayışdır

Yanvarın 8-də səhər Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 10-cu korpus, mənzil 16-da qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə beş nəfər xəsarət alıb, onlar dağıntılar altından çıxarılıb.

56 yaşlı Mikayıl Hüseynov və yoldaşı 55 yaşlı Zərifə Hüseynova Yanıq Mərkəzinə yerləşdirilib. Yanıq Mərkəzindən «Turan»a verilən məlumata görə, yaralıların hər ikisinin vəziyyəti ağırdır. Daha iki nəfər yüngül yanıq xəsarəti alıb və ambulator müalicə keçir. Sonuncu belindən aldığı zədə ilə Təcili-Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bu, qış fəsli ərzində yaşayış binasında qaz sızması nəticəsində baş verən ikinci partlayışdır. Birinci hadisə dekabrın 13-də 8-ci kilometr qəsəbəsində baş verib. Həmin vaxt partlayış nəticəsində dörd nəfər həlak olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG