Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39

Yanvarın 9-dək qar yağacaq


Yanvarın 7-dən 9-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə yağıntıların intensiv olacağı, yolların buz bağlayacağı, qərb küləyinin sürətinin 18-20 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Bakıda və Abşeron yarımadasında yanvarın 7-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz saatlarında bəzi yerlərdə yağıntı olacağı, axşama doğru yarımadanın bəzi yerlərində sulu qar yağacağı gözlənilir.
Şimal küləyinin sürəti 9-14 m/s, gecə və səhər arabir 17 m/s-dək güclənəcək, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə təşkil edəcək.

Yanvarın 8-də havanın buludlu olacağı, gündüz arabir açılacağı, bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək.
/Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG