Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:35

«Reket qəzetlər»in siyahısı açıqlandı


Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, 2008-ci ildə «reket» nəşrlərə qarşı mübarizə güclənib
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, 2008-ci ildə «reket» nəşrlərə qarşı mübarizə güclənib
«Azərbaycan» qəzetinə verdiyi müsahibəsində Mətbuat Şurasının sədri «reket qəzetlər»in siyahısını açıqlayıb, eyni zamanda bildirib ki, 2008-ci ildə bu cür nəşrlərə qarşı mübarizə gücləndirilib. Şura daha sonra deyib ki, başa çatmaqda olan ilin problemsiz ötüşdüyünü demək doğru olmaz: «Azərbaycanda KİV-lərin iqtisadi müstəqilliyi hələ təmin olunmayıb, media ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilməyib. Bu da onun özünütənzimləmə imkanlarının zəifliyini, bəzən də yoxluğunu göstərən başlıca amildir. Maddi təminatın aşağı səviyyəsi bir sıra media orqanlarının ayrı-ayrı şəxslərdən, siyasi qurumlardan asılı hala salır. KİV-lər müxtəlif partiya və qrup maraqlarının təsiri altına düşürlər, ideoloji rupor rolunda çıxış edirlər və sair…»
«Bizim Yol»: «Bu gün Aşuradı. Şübhəsiz, bu gün də «niyyət edib» dilənənlərin ziyarətgahlara yürüşü olacaq. Allah, Peyğəmbər, İmam adlarını sıralayıb insanlardan sədəqə istəyənlərini sayı Kərbəla müsibətinə gerçəkdən ağlayanların sayından çox olacaq yəqin…» qəzetin əməkdaşı Cavid Cabbaroğlu «Aşura dilənçiliyi» sərlövhəli köşəsində belə yazır.

«Yeni Müsavat»: «ABŞ-dan son illərdə gördüyümüz yeganə, fərli xeyir «Azadlıq» radiosunun işi idi, onu da yapçılar rəsmən sildilər. «Azadlıq» ABŞ-ın ölkəmizdə indi idi, hökumət onu FM-dən qısa dalğaya sürgün etməklə Amerikanın dilini də qısaltdı…» Zamin Hacı bunları «Şirniyyat bazarındakı radio» başlıqlı məqaləsində yazır.

«Azadlıq»: «Konstitusiya dəyişikliklərinə yalnız bir ad vermək olar – hakimiyyətin qəsb olunması». Qəzetə müsahibəsində hüquq müdafiəçisi Leyla Yunus belə deyib: «Hər bir vətəndaş etirazın formaları haqqında düşünməlidir… İqtidar Özbəkistan və Belarusun yolu ilə gedərək neomonarxik quruluşa qanuni don geyindirmək istəyir».

«Yeni Azərbaycan»: Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədr müavini Rövşən Rzayev deyir ki, «Əsas Qanuna təklif olunan əlavə və dəyişikliklərin əksər hissəsi insan hüquqlarının təminatı ilə bağlıdır». O, daha sonra bildirib: «Təbii ki, müxalifət partiyaları öz ənənələrinə sadiq qalaraq istənilən təklifə qarşı çıxırlar. Ancaq nəzərə almaq lazımdır ki, dəyişikliklər prezidentlik vəzifəsinin rotasiyasına toxunmur».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG