Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Obama Qəzzadakı döyüşlərdən narahatdır


Amerikanın yeni seçilmiş prezidenti Barak Obama deyib ki, Qəzza sektorundakı döyüşlərə görə çox narahatdır, amma vəziyyətlə bağlı bundan artıq heç nə deyə bilməz. Çünki Birləşmiş Ştatların prezidenti hələ ki Corc Buşdur. Obama deyib ki, Qəzza və İsraildə vətəndaşların ölümü çox narahatedicidir və o, hər gün bölgədəki vəziyyəti diqqətdə saxlayır. Obama söz verib ki, yanvarın 20-si vəzifə başına keçəndən sonra onun admnistrasiyası Orta Şərq münaqişəsinin effektiv həlli yolunu araşdıracaq.
XS
SM
MD
LG