Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

New York Times: Azərbaycan xaricilərin FM-dən istifadəsini qadağan edir


Azerbaijan -- tiny logo, Radio Azadliq

Azerbaijan -- tiny logo, Radio Azadliq

New York Times qəzetinin İstanbul müxbiri Sabrina Tavernisenin yazdığı məqalə bu gün qəzetin həm əsas nəşrində, həm də International Herald Tribune'də işıq üzü görüb:

Azərbaycan öz dalğalarını «Azadlıq» radiosu, Amerikanın səsi və BBC-nin üzünə qapayan qanunu qüvvəyə mindirib. Prezident aparatının rəsmisi Əli Həsənov deyir ki, xarici radiolar qısa dalğa, peyk və kabel vasitəsilə, yerli tezliklərdən başqa istənilən yolla yayımlana bilərlər.

«Azadlıq» Radiosundan isə bildirirlər ki, FM-də yayımın dayandırılması auditoriyanın 90 faizinin kəsilməsi deməkdir.

Azad Avropa/Azadlıq radiosunun prezidenti Cefri Gedmin deyib ki, qısa dalğa və İnternet radionun o qədər də böyük fərqi yoxdur, çünki azərbaycanlıların hər iki vasitəyə çıxışı çox məhduddur. Bu dəyişiklik, Gedminin fikrincə, azərbaycanlıları «azad və müstəqil mediasız qoydu»

Qanun bir neçə il bundan əvvəl qəbul olunsa da, Əli Həsənov deyir ki, onun xarici yayımlara təsir edən hissəsi 2008-ci ildə qüvvəyə minib.

Azad Avropa/Azadlıq Radiosu isə deyir ki, bu qərarın ölkədə baş verən qanun islahatları barədə tənqidi mövqeyi ilə daha çox əlaqəsi var. Mediaya təzyiqlər və xəbər yayımının məhdudlaşdırılması keçmiş Sovet ölkələrində yayılmış praktikadır.

Qırğızıstanda Azadlıq radiosunun həftəlik televiziya proqramı keçən il efirdən çıxarılıb. Özbəkistanda isə «Azadlıq» radiosunun işçilərinin və onların ailələrinin ünmvanları televiziyada yayılıb. Müstəqil jurnalistlərə və siyasətçilərə hökumətin bu qədər təzyiq etdiyi bir ölkədə isə bu olduqca təhlükəlidir. Türkmənistanda ictimai yayımda müsahibə vermiş bir müəllim həbs belə olunmuşdu, deyə Gedmin problemləri sadalayır.

Gedmin deyir ki, mustəqil mediaya qarşı ümumi bir tendensiya var.

«Onlar bizi öz hakimiyyəti üçün təhlükə olaraq görürlər» deyir Gedmin.

Amerika hökumətinin Soyuq müharibə zamanı bir vasitə olaraq yaratdığı Azad Avropa/Azadlıq radiosu kommunizmin çoküşündən sonra keçmiş Sovet İttifaqılnın bir çox ölkələrində vacib xəbər mənbəyinə çevrildi. Keçmiş Sovet ölkələrinin bir çox liderləri müstəqil xəbər mənbələrini və siyasi müxalifəti blok edərək, öz hakimiyyətlərini qısqanclıqla qoruyurlar.

Azad Avropa/Azadlıq Radiosu belə ölkələrdə yerli hökumətlərin münasibətləri pozmaq istəmədiyi ABŞ səfirliklərinin dəstəyi hesabına salamat qalan bir-iki müstəqil mediadandır.

Amma Azərbaycanda hətta Amerika hökumətinin də proqramı efirdə saxlamaq cəhdləri puça çıxmış kimi görünür. Həftələr sürən danışıqlardan sonra Azad Avropa/ Azadlıq Radiosunun yaydığı press relizdə belə deyilir.

«Bu, plüralizmin əleyhinə yönəlmiş addımdır», «Azadlıq» Radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova New York Times qəzetinə müsahibəsində deyib: «Bu radio müxalifətin öz fikirlərini deyə bildiyi, debatların baş verdiyi yeganə yer idi»

Günün bütün mövzuları

XS
SM
MD
LG