Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

ABŞ büdcəsinin kəsiri trilyon dollara çatır


Birləşmiş Ştatların prezident seçilmiş lideri Barak Obama bildirib ki, qarşıdakı illərdə ölkəsi ağır büdcə kəsiri problemi ilə üz-üzə qala bilər. Onun dediyinə görə federal büdcə kəsiri bir milyard dollara çatacaq.

Sentyabrın 30-da - ABŞ-da büdcə ili başa çatanda kəsir 455 milyard dollar idi.

Amma Obama hesab edir ki, iqtisadiyyatın dirçəldilməsi üçün də iri xərclər lazımdır. O, Konqresi 775 milyard dollarlıq iqtisadiyyata yardım planını qəbul etməyə çağırıb.

Bu barədə Obama bu gün özünün iqtisadi yardımçıları ilə görüşdən sonra jurnalistlərlə söhbətində məlumat verib.

Barak Obama yanvarın 20-də andiçmə mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG