Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:04

Qəzzada məktəbdə 40 nəfər öldürülüb


Tibbi işçilərinin məlumatına görə, hadisə bu gün mülki adamların sığındıqları BMT-nin məktəbinə İsrail tankalarının atdığı atəş nəticəsində baş verib. BMT təkidlə həmin hadisənin araşdırılmasını tələb edib. Təşkilatın Fələstin ərazilərindəki humanitar işlər üzrə kordinatoru Maks Qaylard bildirib ki, araşdırmalar İsrailin beynəlxalq humanitar qanunları pozduğunu aşkar etsə, cavabdehlər məsuliyyətə cəlb edilməlidir. İsrail ordusunun sozçüsü də bildirib ki, onlar qaçqın sığınacağında baş verən bu hadisəni araşdırırlar.

Bu gün səhər saatlarında da BMT-nin ərazidəki başqa bir məktəbinə təyyarədən atılan bombadan üç nəfər həlak olmuşdu.

Tibb işçiləri təkcə bu gün 75 nəfər mülki fələstinlilnin öldürüldüyünü bildirirlər.

Qəzzadansa İsrailə bu gün beş raket atılıb.

Fələstində həkimlər İsrailin son 11 gündə apardığı hərbi əməliyyatda 600-dən çox adamın öldürüldüyünü deyirlər. BMT-nin məlumatına görə öldürülən hər dord nəfərdən biri mülki adamdır.

Birləşmiş Ştatların Dövlət Katibi Kandaliza Rays bu gün BMT nümayəndələri ilə vəziyyəti müzakirə etmək üçün Nyu-Yorka gedib. O, İsraillə Fələstin arasında atəşkəs üçün növbəti addımlar atılmasına çalışır. Qərb agentlikləri xanım Raysın ərəb nazirlərlə, o cümlədən Fələstin lideri Mahmud Abbasla, Türkiyənin Xarici İşlər naziri Əli Babacanla da Qəzzada atəşkəsə dair müzakirələr aparacağını yazırlar.

Kandaliza Rays BMT Təhlükəsizlik Şurasının iclasına da qatılacaq. Həmin iclasda ərəblərin təcili atəşkəs və Fələstində mülki şəxslərin qorunması barədə çağırışları müzakirə edirlir. Ərəb Liqası Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının İsrail-Fələstin münaqişəsində atəşkəsə dair qətnaməsinin qəbuluna imkan verməməkdə ittiham edib.

Birləşmiş Ştatlar bundan əvvəl Həması atəşkəs təklifi ilə razılaşıb İsrail ərazilərinə raket hücumlarını dayandırmağa çağırmışdı.

Ərəb Liqasının baş katibi Əmir Musa bu gün Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının İclasında çıxışında təşkilatı Qəzzada vəziyyətə sakit yanaşmamağa çağırıb: “Orada vəziyyət olduqca ciddidir. Qəzzadan gələn məlumatlar orda vəziyyətin acınacaqlı olduğundan, ciddi humanitar böhran yaşandığından xəbər verir. Mənə maraqlıdır ki, Təhlükəsizlik Şurası bu cür vəziyyətə necə sakit yanaşır”.

Türkiyənin Baş Naziri Rəcəb Teyyub Ərdoğan da bu gün Qəzzaya hərbi müdaxiləyə görə İsraili ittiham edib. Ərdoğan bildirib ki, Rusiyanın Gürcüstana hərbi müdaxiləsinə etiraz edənlər indi susurlar. O, İsrailin hərbi əməliyyatlarına münasibətdə "ikili standartlarla yanaşma" olduğunu deyib.

XS
SM
MD
LG