Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

Muğam Mərkəzi neçəyə başa gəlib?


Ötən həftə Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı oldu
Ötən həftə Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı oldu
Ötən həftə Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı oldu. Mərkəzin 7,5 min kvadratmetr sahəsi olan üçmərtəbəli binası Dənizkənarı Milli Parkda yerləşir. Mərkəzdə 350 yerlik konsert salonu, 80 nəfərlik restoran, klub, səsyazma studiyası, dərs otaqları var. İçəridə musiqi alətləri, muğam ustalarının büstləri və bu sahəyə aid demək olar ki, hər şey var. Avadanlıqlar Avstriya, İtaliya, Fransa və Türkiyədən gətirilib. Bir sözlə, binaya və onun içərisinə söz yoxdur. Bircə məsələ var ki, bu qədər imkanları olan obyekt hələ əhalinin üzünə bağlıdır. Obyektin mühafizəçiləri deyirlər ki, mərkəz hələlik işləmir. Amma yaxın günlərdə hamı işə çıxacaq.

Mərkəzin qarşısında söhbət etdiyim adamların bəziləri onun dənizin kənarında inşa edilməsini məqsədəuyğun saymadılar.
Amma həmsöhbətlərimin hamısı neçəyə başa gəlməsindən asılı olmayaraq mərkəzin tikilməsini müsbət hal kimi dəyərləndirdi.

Əslində Muğam Mərkəzinin neçəyə başa gəldiyini öyrənmək də elə asan deyil.

İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, 2008-ci ilin dövlət büdcəsində bu mərkəzin inşası üçün vəsait nəzərdə tutulurdu. Amma həmin vəsait artıq tikilib təhvil verilən bina üçün çoxdur:

«İnvestisiya layihələrində bu mərkəz üçün 18,5 milyon manat vəsait göstərilir.
Amma hətta o binanın içərisini tamamilə tar, kaman və digər musiqi alətləri ilə doldursalar da, yenə o qədər pula ehtiyac olmazdı».

Layihənin yekun dəyəri isə hələ bəlli deyil. Nə Mədəniyyət Nazirliyindən, nə də Heydər Əliyev Fondundan bu rəqəmi açıqlamadılar.

Fonddan bildirdilər ki, Mərkəzin inşasına YUNESCO maliyyə dəstəyi verib. Bəs onda büdcədən ayrılan vəsaitin taleyi necə olub? Bu sual hələ açıq qalır.

Zöhrab İsmayıl əlavə edir ki, məmurlarla danışanda onlar bu məbləğin heç də böyük olmadığını deyirlər. Ancaq ölkədə bu cür layihələrin biznes planı olmadığına, ekspertizadan keçmədiyinə görə, hara nə qədər xərcləndiyini və bunun çox və ya az olduğunu aydınlaşdırmaq çətindir. Ona görə də bir çox hallarda belə layihələri Azərbaycandan kənarda tikilən obyektlərlə müqayisə edib ortaya təxmini bir nəticə çıxarmaq olar.

Beynəlxalq Muğam Mərkəzinin tikintisinə rəhbərliyi dünyanın ən bahalı memarlarından olan məhşur memar xanım Zaha Radidi edib.

Zaha Hadidi Bakıda 2007-ci ildə təməli qoyulan Heydər Əliyev Mərkəzinin də memarıdır.
XS
SM
MD
LG