Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:54

«Azərbaycanda kabel televiziyası inhisardadı»


Çanaq antenalarından fərqli olaraq kabel televiziyasını tamaşaçı özü idarə edə bilir
Çanaq antenalarından fərqli olaraq kabel televiziyasını tamaşaçı özü idarə edə bilir
10 ildən çoxdur ki, Azərbaycanda xarici televiziyalara peykdən başqa, həm də kabel televiziyası ilə baxmaq mümkündür. Milli Televiziya və Radio Şurasının (MTRŞ) xarici radiostansiyaların FM tezliyində yayımını dayandırmasından sonra təklif olunan bir yayım vasitəsi də kabel televiziyasıdır.
Çanaq antenalarından fərqli olaraq kabel televiziyasını tamaşaçı özü idarə edə bilir. Yəni, xoşuna gələn televiziyaların siyahısını kabel yayımçısına verir, yayımçı da paket hazırlayıb, kabellə onun televiziyasına qədər gətirir.
MTRŞ-dan deyirlər ki, Azərbaycanda 12 kabel televiziyası lisenziya alıb, amma cəmi bir neçəsi fəaliyyət göstərir.
Amma Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, əslində heç kabel televiziyası üçün lisenziya lazım deyildi. Çünki kabel televiziyası adi telekanal kimi yayımçı deyil, sadəcə, ötürücüdür, xarici, ya da yerli telekanalı yayımçıdan alıb, tamaşaçıya ötürür:
«Lisenziya yalnız radio-televiziya məhsullarının yayımçıları üçün nəzərdə tutulur. Lisenziyanın tələb olunması isə o deməkdir ki, bunu ondan ala da bilərlər».
Məsələ burasındadır ki, kabel televiziyalarının fəaliyyətini tənzimləyən ayrıca qanun yoxdur. Halbuki, «Teleradio yayımı haqqında» qanunda bu barədə tələb qoyulur ki, ayrıca qanun qəbul olunsun.
Televiziya mütəxəssisi Zeynal Məmmədli deyir ki, Azərbaycanda yaşayanların hamısı kabel televiziyasına çıxa bilmirlər. Birincisi, ona görə ki, yayım əsasən Bakıdadır, o da paytaxtın hər yerini əhatə etmir, ikincisi, bu vasitə o qədər də məşhurlaşmayıb:
«Üçüncüsü, bu sahə inhisardadır, inhisarda olan bir quruma hökumətin nəzarəti daha çox olur. Odur ki, bu kabel televiziyaları da hökumətin maraqlarına uyğun gəlməyən proqramlar hazırlayan efir qurumlarının verilişlərini yaymayacaq. Bu, gün kimi aydındır».
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də ehtimal edir ki, bu bazarda inhisar var, ona görə də hətta lisenziyası olan şirkətlər də işə başlaya bilmirlər.
Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, kabel televiziyasının inkişafı ölkədə media azadlığını təmin etmək üçün əlverişli vasitədir, amma bu sahə hələ çox zəifdir:
«Kabel televiziyasının inkişafı çoxlu sayda televiziyaların, radioların ortaya çıxmasına, nəticədə daha çox plüralizmin yaranmasına, media azadlığının genişlənməsinə səbəb olar. Bu, medianın imkanlarını qat-qat artırır. Odur ki, kabel televiziyasının inkişaf etməsi, bu sahəyə investisiya cəlb olunması bütünlükdə medianın inkişafı deməkdir».
Bakıdakı ən məşhur kabel televiziyalarından birinin - KaTV1-in meneceri Hüseyn Dərbəndli deyir ki, indi onların yayımı paytaxtın 70 faizini əhatə edir:
«Hələlik biz iri yaşayış massivlərini əhatə edirik. Hesab edirəm ki, qiymətlər də münasibdir. Bir ay üçün abunə haqqı 9 manatdır».
H.Dərbəndli deyir ki, xarici radiostansiyalar müraciət etsələr, onlar yayım məsələsini müzakirə edə bilərlər. Başqa bir kabel televiziyasının - Ailə TV-nin rəhbəri Kamran Quliyev isə deyir ki, onların radionu yaymağa texniki imkanları var, bunu edərlər.
XS
SM
MD
LG