Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40

Qadın sərxoş polislərin onu zorladığını iddia edir


Adının çəkilməsini istəməyən Bakı sakini yanvarın 2-də bir neçə sərxoş polisin onu zorlaması ilə bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə müraciət edib. Komitənin rəhbəri Elçin Behbudovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, qadın axşam saatlarında bir neçə sərxoş polisin onu zorla Yasamal rayonu Şərifzadə küçəsində yerləşən inzibati binalardan birinə apararaq zorladığını bildirib. E.Behbudov deyir ki, qadın komitəyə şikayət edəndən sonra həmin şəxslər onu ölümlə hədələyiblər.
Elçin Behbudov faktın araşdırılması ilə bağlı yanvarın 7-də Daxili İşlər naziri Ramil Usubova müarciət ünvanlayacağını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG