Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:24

«Azərbaycan vətəndaşları öz hüquqlarını müdafiə edə bilmir»


Leyla Yunus və Pərviz Həşimov
Leyla Yunus və Pərviz Həşimov
Dinlə

«Azərbaycan vətəndaşları öz hüquqlarını müdafiə edə bilmirlər». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyib. O deyir ki, vətəndaşlar polıs idarələrində, hərbi hissələrdə işgəncəyə məruz qalırlar:

«Qız uşaqları oğurlanır və trafikə uğrayırlar. Düşünürəm ki, mən çox kriminal ölkədə yaşayıram».

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimov isə deyir ki, son parlament seçkilərindən bu yana Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması prosesində cox ciddi geriləmələr olub:

«Ötən il parlament mülki qanunvericiliyə çox mürtəce bir dəyişiklik etdi. Həmin dəyişikliyə görə, dövlət ehtiyacı adı altında vətəndaşlara məxsus mülki evlər, obyektlər heç bir kompensasiya ödənmədən onların əlindən alına bilər».

Millət vəkili Cəmil Həsənli də digər müsahiblərin fikirləri ilə razılaşdığını söyləyir:

«Azərbaycanda bəzən qanunvericiliyə əlavə və düzəlişlər, yaxud yeni qanunlar o halda qəbul olunur ki, nəyisə kiminsə əlindən almaq və yaxud nəyisə kiminsə əlinə vermək istəyirlər. Bu, çox qabarıq ənənə halını alıb».

Deputat deyir ki, 2008-ci ildə Azərbaycanda söz azadlığı boğuldu:

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid saxta böhtanla tutuldu. Bu qəzetin əməkdaşı Aqil Xəlili elə vəziyyətə çatdırdılar ki, o, özünə qəsd edə bilərdi. Siyasi dustaqlar azadlığa buraxılmadı. İlin yekununda söz və mətbuat üzərinə hücumun davamı kimi xarici radioların yerli tezlikdə yayımını dayandırdılar. «Azadlıq» radiosu Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin bir hissəsidir. Bu radionun ölkənin azadlıq əldə etməsində müstəsna xidmətləri var. Azərbaycanın müstəqillik davasını aparan böyük kişilər burada çıxış ediblər. Ümumilli əhəmiyyətə malik bəyannamələr burada səslənib. Dünyada baş verən ən mühüm məsələlər barədə gizli şəkildə bu radiodan məlumat almışıq. Hazırda «Azadlıq»da çox maraqli reportajlar, verilişlər var. Ümid edirəm ki, xarici radioların yerli tezlikdə yayımı bərpa olunacaq».
XS
SM
MD
LG