Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:15

İnternet 20 faizə qədər ucuzlaşır


Azərbaycanda İnternetdən istifadə azı 15-20 faizə kimi ucuzlaşır
Azərbaycanda İnternetdən istifadə azı 15-20 faizə kimi ucuzlaşır
İnternetdən istifadə azı 15-20 faizə kimi ucuzlaşır. Məlumatı «Azadlıq» radiosunun «Xəbər-Ətər» proqramına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov verib. Onun sözlərinə görə, ucuzlaşma ilə bağlı nazirlik özü Tarif Şurasına müraciət edibmiş. Və Şura da təkliflərlə bağlı son iclasında qərar verib.
Qiymətlərə gəlincə, ondan başlayaq ki, bundan sonra təhsil ocaqlarına 80 faiz güzəşt tətbiq olunmalıdır. Bu da fiziki xətlə telefonlaşdırılması mümkün olmayan yerlərdəki məktəblərə aiddir.

«Bu güzəşt Teleradio İstehsalat Birliyinə məxsus bina və qüllələrdən xidmətə, həmçinin kənar təşkilatların avadanlıqlarının yerləşdirilməsinə aiddir. Avadanlığa görə tətbiq olunan qiymətlər 0,54 manatdan 50,6 manatadək, anten sistemlərinə görə tətbiq edilən qiymətlər isə iki manatdan 105 manatadək müəyyənləşdirilib. Əvvəllərsə həmin qiymətlər 2,68 - 268 manat və 10 - 525 manat arasında idi».

Müşfiq Əmirov deyir ki, rəqəmli kanalların tarifləri də dəyişdirilib. Bəzi qiymətlər hətta yarıbayarı endirilib. 2 meqabayt saniyə kanalların qiyməti 1200 manatdan 600 manata, aylıq tarifləri isə 320 manatdan 300 manata düşüb.

Həmçinin rəqəmli rabitə kanallarına qoşulmaq və aylıq istifadə qiymətləri də aşağı salınıb: 240 manatdan 200 manata. 500 km məsafəyə görə isə, aylıq qiymət isə 30 manat ucuzlaşıb, bu xidmətə görə əvvəllər 180 manat ödənirdisə, bundan sonra 150 manat ödənəcək.

«Bu qərar internet provayderləri xidmətinin maya dəyərinin azaldılmasına, internetdən istifadəninsə azı 15-20 faiz azalmasına imkan verəcək».
Bunu da Müşfiq Əmirov deyir. O ki qaldı keyfiyyətə, mətbuat xidmətinin rəhbəri bildirir ki, nazirlik bu yöndə iş lazımi işlər görür, keyfiyyət zamanla bir qədər də artacaq.
XS
SM
MD
LG