Rusiya Ukrayna vasitəsilə Avropaya satdığı qazın həcmini azaldıb. Rusiya Baş naziri Vladimir Putin «Qazprom» şirkətinə belə tapşırıq verib. Bu arada isə avropalı diplomatlar Brüsseldə təcili toplantı keçiriblər ki, Avropaya qaz nəqlinə də təsir göstərən Rusiya-Ukrayna münasibətlərini müzakirə etsinlər. Toplantıdan sonra Avropa Enerji Komissarının sözçüsü tərəfləri təcili olaraq Avropaya qaz nəqlini bərpa etməyə çağırıb.
Avropa Birliyi borclar və qiymətlərlə bağlı danışıqlar üçün Kiyevə nümayəndə heyəti də göndərib.
Rusiya Ukraynanı Avropa üçün nəzərdə tutulan qazın bir hissəsini oğurlamaqda ittiham edir.
«Qazprom»dan bildiriblər ki, Ukrayna yolunun əvəzində Avropaya qazı Belorus və Maviaxın kəmərləriylə çatdırmağa çalışacaqlar.