Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:29

Şahnaz Qulami 6 ay azadlıqdan məhrum edildi


Təbriz İnqilab Məhkəməsi İranda insan haqlarının müdafiəçisi kimi tanınan Şahnaz Qulami haqqında 6 ay azadlıqdan məhrumetmə cəzası çıxarıb. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının üzvü Vahid Qarabağlının «Azadlıq» radiosuna verdiyi xəbərə görə, Ş.Qulami milli bölücülüklə məşğul olduğu üçün azadlıqdan məhrum edilib.
V.Qarabağlı eyni zamanda jurnalist fəaliyyətilə məşğul olan Şahnaz Qulaminin artıq bir neçə dəfədir İran Azərbaycanında milli və qadın haqlarını tələb etdiyinə görə, həbs edildiyini deyir. Sonuncu həbsindən təxminən 20 gün öncə isə Şahnaz Qulami öz bloqunda İran Azərbaycanında milli fəal Əmaninin iki qardaşı ilə birgə avtomobil qəzasında həlak olmasında müəmmalı məqamlar olduğu ilə bağlı yazı yazmış, hökumətdən baş verən olayla bağlı xüsusi araşdırma aparılmasını istəmişdi.
Şahnaz Qulaminin vəkili Məhəmmədəli Dadğah da müdafiə etdiyi şəxsə qarşı elan edilən hökmün heç bir fakta əsaslanmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG