Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:11

İsrail bildirir ki, hələ məqsədinə çatmayıb


İsrailin Müdafiə naziri Ehud Barak deyir ki, onlar hələ məqsədə çatmayıblar. İsrail 10 gündür Qəzzada əməliyyat aparır. Ölənlərin sayı 500-ü keçib. 2500-dən çox yaralı var.
Barakın sözlərinə görə İsrailin təhlükəsizliyi təmin olunmayınca əməliyyatlar davam edəcək.

Avropa Birliyi Qəzzada döyüşü dayandırmağa çağırıb. Birliyə hazırda sədrlik edən Çexiyanın Xarici işlər naziri Karel Şvarzenberq Yaxın Şərqə gedib.
Həmas da ilk dəfə olaraq bildirib ki, danışıqlar üçün Misirə heyət göndəriləcək. İsrail əməliyyata Həmasın raketlərinə cavab vermək üçün başladığını iddia edir.
XS
SM
MD
LG