Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:10

AİDS-li xəstələrə dərman veriləcək


Yaxın vaxtlarda Azərbaycanda ilk dəfə AİDS-ə yoluxmuş xəstələrin bu virus əleyhinə dərmanlarla – onların vəziyyətini nisbətən yaxşılaşdıracaq preparatlarla müalicəsinə başlanılacaq

Azərbaycan AİDS-lə Mübarizə üzrə Milli Mərkəzin rəhbəri Qalib Əliyev "Azadlıq" radiosuna deyib ki, birinci mərhələdə 40, 80, sonra isə 120 nəfəri bu müalicəyə cəlb etmək mümkün olacaq. Onun sözlərinə görə, dərmanlar əsasən, xəstəliyin 2-ci və son mərhələsində olan xəstələrə veriləcək.

İndiyə qədər AİDS-li xəstələri Azərbaycanda müailicə etmək mümkün olmayıb. Azərbaycan ancaq immun çatışmazlığından doğan xəstəliklərin müalicəsini apara bilirdi. Ötən həftəyə olan rəsmi məlumata görə, Azərbaycanda 955 adam AIDS-ə yoluxub. Bu göstəriciyə görə, Azərbaycan Cənubi Qafqazda liderdir.


XS
SM
MD
LG