Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:03

Dünyada təyyarə qəzalarının sayı artıb


Keçən il dünyada təyyarə qəzalarının sayı artıb – 136-dan 147-yə çatıb. Bu haqda Cenevrədə yerləşən Təyyarə Qəzalarının Qeydəalınması Ofisi bildirib.

Amma təşkilat onu da deyib ki, təyyarə qəzalarında ölənlərin sayı keçən il 10 faiz azalıb – 880-ə yaxın olub.

Avropada keçən il ölümlə nəticələnən yalnız bir təyyarə qəzası baş verib – «Spanair» şirkətinə məxsus «MD-82» təyyarəsi Madridin Baraxas aeroportunda qəzaya uğrayıb, 154 nəfər ölüb.
XS
SM
MD
LG