Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:34

«30 faiz ucuzlaşma heç nəyi dəyişməyəcək»


Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz
Yanvarın 1-dən genişzolaqlı internet şəbəkəsinə qoşulma tarifləri 30 faiz aşağı salınıb. Bu barədə «Azadlıq» radiosuna Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz isə deyir ki, o, bu ucuzlaşmadan xəbərsizdir. Amma hesab edir ki, indiyə qədər də RİTN bir neçə dəfə internetin qiymətini cüzü şəkildə aşağı salıb. Ancaq bütövlükdə bu problemləri həll etməyib və indiki 30 faiz ucuzlaşma da heç nəyi dəyişməyəcək.
Ekspert hesab edir ki, nazirlikdən onlara bildirilib ki, yanvarın 15-nə qədər dövlət provayderlərinin qiymətlərində bir neçə dəfə ucuzlaşma olacaq. 1 meqabit\san. internet sürətinin qiyməti ayda 150 manatdan artıq olmayacaq. Hazırda 1 meqabit\san. internetin qiyməti 350 manatdan yuxarıdır. Forum prezidentinə görə, hazırda Azərbaycanda internet qiymətləri qonşu Türkiyə və Rusiyadan 20-30 dəfə bahadır. Adı çəkilən ölkələrdə 1 meqabit\san. limitsiz internet sürətinin aylıq qiyməti 20 dollardan yuxarı deyil. Bu səbəbdən də Osman Gündüz deyir ki, qiymətlərin 20-30 faiz aşağı düşməsi heç nəyi dəyişmir. Onun sözlərinə görə, indi dövlət provayderi olan «Bakinternet»də 1 meqabit\san. internetin qiyməti 250-260 manatdı. «Aztelekom»da bir müddət əvvəl bu, 500 manat imiş, bu yaxınlarda isə 350 manata düşüb.
Azərbaycan İnternet Forumun prezidenti deyir ki, fevral-mart aylarında bütün Azərbaycan üzrə WiMax texnologiyası əsasında internetə qoşulma həyata keçiriləcək. Flash kard formasında olan modemi istənilən kompyuterə qoşmaqla 1 meqabit\san. internet sürətinin aylıq qiyməti 100 manat olacaq.
Amma dövlət provayderi olan «Bakinternet»dən «Azadlıq» radiosuna verilən məlumata görə, onlara bu barədə hər hansı məlumat verilməyib. Qaldı ki, yanvarın 15-nə qədər dövlət provayderlərində internet qiymətlərinin 150 manata qədər aşağı salınmasına, «Bakinternet»də buna o qədər də inanmırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG