Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:41

Qəzzada ölənlərin sayı 400-ə çatıb


Yanvarın 1-də İsrail hərbçiləri Qəzzaya hava hücumları ilə Həmasın yüksək mövqeli siyasi liderlərindən biri öldürüb. Öldürülən Nizar Rayyan adlı bu Hamas liderinin Yəqudi dövlətinə qarşı terror hücumlarına çağırdığı bildirilir.

Altıncı gündür ki, İsrail Qəzzaya hava hücumlarını davam etdirir. Fələstinlilər 400 nəfərə yaxın adamın həlak olduğunu deyirlər. İsrailə atılan raketlərdən isə dörd nəfər həlak olub.

Ötən şənbə günü başlanan hava hücumlarında İsrail Həmasın siyasi deyil, hərbi qüvvələrini hədəf aldığını, bu hücumlarla ölkənin cənub rayonlarına raket hücumlarının qarşısını almaq istədiyini bildirir.

XS
SM
MD
LG