Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:16

«Son qərar Azərbaycan üçün yeni problemlər açacaq»


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
«Azadlıq» radiosu yanvarın 1-dən etibarən qısa dalğada - 9.48 meqahersdə, internet və peyklə yayımlanır. «Azadlıq» radiosu da daxil olmaqla xarici radioların Azərbaycanın milli tezliklərində yayımı Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə dekabrın 31-i gecə dayandırılıb.
MTRŞ-ın qərarı kəskin reaksiya doğurub. Azad Avropa/Azadlıq radiolarının prezidenti Cefri Gedmin FM dalğasında yayımın dayandırılmasını ilk növbədə dinləyicilər üçün itki saydığını deyib.
Birləşmiş Ştatların Dövlət Departamenti bildirib ki, qərardan dərin təəssüf hissi keçirirlər.
Avropa Birliyi deyib ki, Azərbaycan hökumətinin beynəlxalq radioların yayımına qadağa qoyması hökumət və qurum arasında münasibətlərə təsir edə bilər.
Birliyin Xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner dekabrın 31-də bildirib ki, bu addım dinləyiciləri müstəqil informasiya mənbəyindən məhrum edəcək. Onun sözlərinə görə ,qurumun Azərbaycanla iqtisadi və digər əlaqələri qurma istəyi demokratiya və insan haqlarına hörmət üzərində köklənib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi isə deyib ki, ölkə rəsmiləri onunla görüşdə radiolarla bağlı fərqli fikirlər səsləndirirdilər.
O deyir ki, Birliyin Azərbaycana təklif etdiyi konsepsiyanın müzakirəsi zamanı Azərbaycan hakimiyyəti demokratiya və söz azadlığı istiqamətində ölkədəki problemlərin qısa vaxtda həllinə vəd vermişdilər. Son qərar isə Semnebiyə görə, nəinki problemi həll etməyəcək, əksinə Azərbaycan üçün yeni problemlər açacaq.
Cənab Semnebi deyir ki, «xarici radioyayımlara qısa dalğaların təklif olunması sanki soyuq müharibə dövrünün radioya qulaq asmaq üslubuna qayıdışdır. Bu isə 21-ci əsr üçün təəssüfedicidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG