Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:05

Bu qadağa Avropa Birliyi ilə münasibətlərə təsir edə bilər


Benito Ferrero-Uoldner: «Bu addım dinləyiciləri müstəqil informasiya mənbəyindən məhrum edəcək»

Benito Ferrero-Uoldner: «Bu addım dinləyiciləri müstəqil informasiya mənbəyindən məhrum edəcək»

Avropa Birliyi deyib ki, Azərbaycan hökumətinin beynəlxalq radioların yayımına qadağa qoyması hökumət və qurum arasında münasibətlərə təsir edə bilər.
Avropa Birliyinin Xarici əlaqələr üzrə komissarı Benito Ferrero-Uoldner dekabrın 31-də belə deyib. O, bildirib ki, bu addım dinləyiciləri müstəqil informasiya mənbəyindən məhrum edəcək. Onun sözlərinə görə, Avropa Birliyinin Azərbaycanla iqtisadi və digər sahələrdə əlaqələr qurmaq istəyi demokratiya və insan haqlarına hörmət üzərində köklənib.

Azərbaycan Milli Teleradio Şurasının qərarı ilə yanvar ayından 3 xarici radio – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin yayımı FM tezliyində dayandırılır.

«Azadlıq» radiosunu yanvarın 1-dən etibarən qısa radiodalğalarda (SW 9.48 MHz tezliyində), peyk, həmçinin əvvəlki qaydada İnternet vasitəsilə dinləmək mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG