Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

ABŞ-da Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası


Aksiyanın qətnaməsini səfirliyə təqdim olunub

Aksiyanın qətnaməsini səfirliyə təqdim olunub

Azərbaycanda konstitusiya dəyişikliyinə etiraz əlaməti olaraq bir qrup azərbaycanlı ABŞ-da Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. İştirakçılar «Rədd olsun monarxiya!», «Daimi prezidentliyə yox!», «Yaşasın Respublika!» kimi şüarlar səsləndiriblər.

ABŞ-da yaşayan Elmar Şahtaxtinski bildirir ki, «Aksiyanın yeganə məzmunu bu idi ki, biz konstitusiya dəyişikliklərinə, daha dəqiq desək, daimi prezidentliyə qarşı öz etirazımızı bildirək».

Aksiyanın qətnaməsini səfirliyə təqdim olunub. Cənab Şahtaxtinski ümid edir ki, səfirlik bu qətnaməni Bakıdakı rəhbərliyə çatdıracaq:
«Biz bununla kifayətlənməyəcəyik. Aksiyaları, görüşləri davam etdirəcəyik. Çalışacağıq ki, burada yaşayan azərbaycanlılar, Azərbaycanın dostları məsələyə öz münasibətlərini bildirsinlər».

Nyu-Yorkda yaşayan bir qrup azərbaycanlı da məsələ ilə bağlı müzakirələr aparıblar.

Azərbaycanda konstitusiya dəyişikliyi ilə bağlı referendum 2009-cu ilin martın 18-də keçiriləcək. Əsas qanuna təklif olunan 20-yə yaxın düzəlişlərin içərisində bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddənin dəyişdirilməsi də yer alıb.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG